FermerALES-ə xoş gəldiniz

FermerALES Nədir?

Hər bir fermer təsərrüfatı kənd təsərrüfatı məhsullarının istehsalını (taxıl, tərəvəz, heyvan və s.) pul axınına çevirən iqtisadi müəssisədir. Ancaq fermer təsərrüfatlarında maliyyə hesabatı bir qayda olaraq, mühasibat uçotunun aparılması icbari olan şirkət / korperasiyalardakı kimi aparılmır. Maliyyə qeydiyyatının aparılmaması fermeri mühasibatlıq işləri və ya mühasiblərlə işləmək kimi işlərdən azad edir, ancaq digər tərəfdən ciddi problemlərə yol açır. Maliyyə savadlılığının arzu edilən səviyyədə olmaması bu problemlərdən biridir. Əksər fermerlər təsərrüfat iqtisadiyyatı, aqrar bazar, həmçinin, aqrar kreditlər haqqında hərtərəfli biliyə malik deyillər. “Maliyyəyə çıxışın” aşağı səviyyədə olması bu problemin başqa bir nəticəsidir. Fermerlər qeydiyyatda olan maliyyə hesabatı təqdim edə bilmədiyi üçün, kredit təşkilatları (banklar, BOKT-lar, lizinq şirkətləri və s.) onlara kredit verməyə çəkinirlər. Çünki belə olduğu təqdirdə kredit təşkilatları üçün aqrar məhsulların gəlir və xərclərini, riskini hesablamaq asan olmur. Ona görə də, kredit təşkilatları aylıq maaşı və ya girov olaraq şəhərdə daşınmaz əmlakı olan fermerlərə üstünlük verirlər.

Bu problemi həll etmək üçün fermerlər öz maliyyə hesabatlarını aparmalı və kredit təşkilatlarına göstərməlidir. FermerALES (Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) bu problemin həll olunmasında fermerlərə kömək edəcək. FermerALES Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) AzAFF layihəsi çərçivəsində hazırlanmışdır. Proqram çərçivəsində texniki dəstək xidmətləri göstərən “Frankfurt School of Finance and Management” tərəfindən hazırlanan sistem Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən idarə olunur.

FermerALES hazırlanmadan əvvəl, Aİ və AYİB oxşar bir sistemin kredit təşkilatları üçün hazırlanmasında AKİA-ya dəstək olub və artıq kredit təşkilatlarının fermer təsərrüfatlarının maliyyə vəziyyəti haqqında hesabat aparmaq üçün oxşar sistemi var. Buna görə də, əgər fermer bu sistemdən istifadə etsə, kredit təşkilatlarına müraciət etdikdə özünü ifadə etmək ona daha asan olacaq.

FermerALES sizə necə kömək edəcək?

Yuxarıda izah olunduğu kimi, kredit təşkilatları sizə kredit verməzdən əvvəl təsərrüfatınızın maliyyə vəziyyəti haqqında hesabatı dəyərləndirməli və hesablamalar aparmalıdır. Fermerin təsərrüfatın gəlirliyi və dayanıqlılığını sübut etməsi vacibdir. Bunu təmin etmək və anlamaq üçün FermerALES-dən istifadə etmək ən qısa yoldur. Daha detallı desək, FermerALES aşağıda qeyd olunanları əldə etmək üçün sizə kömək edəcək:

  • təsərrüfatın cəmi xərc, gəlir və xalis gəlirinin təqribi hesablanması;

  • hər bir məhsul (həm bitkiçilik, həm də heyvandarlıq məhsullarına görə) növünə görə gəlir və xərclərin ayrı-ayrılıqda hesablanması;

  • kredit təşkilatlarından təqribən nə qədər kredit götürə biləcəyinizi anlamaq imkanı.

Beləliklə, FermerALES-dən istifadə etməklə, öz təsərrüfatınızın iqtisadi dəyəyləndirilməsi haqqında bilgi sahibi olacaq və kredit təşkilatlarından daha asan kredit ala biləcəksiz. FermerALES kredit müraciəti etmək üçün bir vasitə deyil, ancaq kredit müraciətini etmədən əvvəl bu prosedura daha yaxşı hazır olmanız üçün ən faydalı vasitədir. FermerALES sizin üçün avtomatlaşdırılmış “Maliyyə Məsləhətçisi”dir.

FermerALES haqqında təklif və fikirləriniz varsa bu link vasitəsi ilə bizə yaza bilərsiz.

FermerALES-ə İndi Başla